
Tarix: 29–30 Aprel 2025
Məkan: Bakı İdman Sarayı, Bakı, Azərbaycan
Turan Tekstil Sərgisi 2025 — regionun ən mühüm tekstil və moda sənayesinə dair beynəlxalq tədbirlərindən biri olaraq sizə unikal imkanlar təqdim edir. Sərgi, Türk dövlətləri arasında ticarət əlaqələrinin və mədəni əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, yerli və beynəlxalq tekstil şirkətlərini bir araya gətirəcək.
Bu tədbir çərçivəsində:
Tekstil, moda və dizayn sahəsində fəaliyyət göstərən şirkətlər öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edəcək.
Beynəlxalq əlaqələr qurmaq və yeni biznes tərəfdaşlıqları yaratmaq imkanı əldə olunacaq.
Sektor üzrə mütəxəssislərin iştirakı ilə panel müzakirələr, təqdimatlar və seminarlar təşkil olunacaq.
Region ölkələri arasında mədəni və iqtisadi körpü yaradılacaq.
Niyə iştirak etməlisiniz?
Turan Tekstil Sərgisi, yalnız məhsullarınızı tanıtmaqla kifayətlənmir – o, həm də sizi yeni bazarlara çıxarır, innovativ tendensiyalarla tanış edir və brendinizin beynəlxalq səviyyədə tanınmasına xidmət edir.
Siz də bu fürsətdən yararlanmaq və gələcəyin tekstil dünyasının bir parçası olmaq istəyirsinizsə, stendinizi indi ayırın!