Hazır biznes modelindən istifadə etməliyəm, yoxsa velosipedi yenidən kəşf etməliyəm?
Statistikaya görə, təkbaşına biznes qurarkən 10 şirkətdən yalnız 3-ü uğurlu olur, françayzinqlə isə uğurlu biznes qurmaq şansları 10 şirkətdən 8-ə qədər yüksəlir. Françayzinq uzun müddət biznes risklərini əhəmiyyətli dərəcədə azalda bilən effektiv biznes modeli kimi tanınır.
Biz françayzinqlə bağlı faydalı məlumatlar hazırlamışıq ki, siz biznes franşızanı almaq və ya françayzinq vasitəsilə biznesinizi inkişaf etdirmək barədə düşünürsünüzsə bu sizin üçün faydalı olacaq.
Bütün materiallar Belfranchising razılığı ilə istifadə olunur.