Bizə yazın

Uyğun franşızanı necə tapmaq olar

Uyğun franşızanı tapmağın alqoritmi nədir?

  • Sahənin seçilməsi. Franşıza biznesinin özəlliyi ondan ibarətdir ki, onunla, intensiv şəkildə məşqul olmaq lazım olacaq. Hətta françayzinin işə həvəsi sönsə belə, françayzer ondan biznesi tam geri qaytarılmasını tələb edəcək. Bu mənada həqiqətən sevinc və məmnunluq gətirəcək işi görmək son dərəcə vacibdir.
  • Şəxsi imkanlarınızın qiymətləndirilməsi. Əksər franşızalar sahibkarlara göstərdikləri dəstək və təlimlərə görə françayzilərə olan tələblərini azaldır. Bununla belə, müəyyən təhsil, sahibkarlıq bacarığı səviyyəsi və müəyyən sahədə bilik tələb edən franşızalar da var.
  • Mövcud aktivlərin qiymətləndirilməsi. Françayzi hansı biznesi seçməsindən asılı olmayaraq, ona başlamaq üçün pul və françayzinq obyektinin yerləşəcəyi bina lazımdır. İnvestisiya imkanlarınızı qiymətləndirmək üçün sahibkarın biznesə investisiya edə biləcəyi məbləği dəqiq müəyyən etmək, habelə investisiya müddətinin uzadılması və ya gözlənilməz hallar yarandığı halda digər maliyyə mənbələrini müəyyən etmək vacibdir. Bir qayda olaraq, belə mənbələr sizin yaxın ətrafınızdır (onlarla əvvəlcədən razılaşmaq daha yaxşıdır) və ya bankdır (burada kredit tarixçənizi və potensialınızı yoxlamaq vacibdir).
  • Variantların axtarışı. Əvvəlki üç addımı tamamladıqdan sonra variantları axtarmağa başlamalısınız. Franşızalar haqqında məlumatı françayzinq kataloqlarında, françayzinq şirkətlərinin veb-saytlarında tapmaq, franşıza sərgilərini ziyarət etmək və ya Assosiasiya və ya françayzinq məsləhətçiləri ilə əlaqə saxlamaq olar.
  • Françayzerə sorğunun göndərilməsi. Maraq doğuran bütün variantlar üçün françayzer şirkətinə sorğu göndərmək lazımdır. Tipik olaraq, aktiv françayzer, namizədin ərazisində inkişaf etməkdə maraqlıdırsa, hər hansı bir sorğuya cavab olaraq (telefon, e-poçt, şəxsi əlaqə vasitəsilə) franşıza haqqında bütün əsas məlumatları və franşıza paketini ehtiva edən franşıza prospektini (təqdimatını) və namizədi qiymətləndirmək üçün sorğu anketini göndərir. Əgər namizəd franşıza ilə  maraqlanırsa, o, anket doldurmalı, françayzerə göndərməli və onunla ilk görüşə hazırlaşmalıdır.

 

 

 

 

 

Seçim AzFrançayzinq

Kataloqa keçin
Azfranchising
AZFRANÇAYZİNG təkcə öz biznesində françayzinqdən istifadə etmək qərarına gələnləri deyil, həm də Azərbaycan françayzinq bazarının yaradılması, inkişafı və təkmilləşdirilməsində maraqlı olanları birləşdirməyə yönəlib.
Bizimlə əlaqə saxlayın