"Françayzinq" termini fransızca "franchise" sözündəndir - fayda, imtiyaz, hər hansı bir fəaliyyətlə məşğul olmaq azadlığına xüsusi hüquq. Françayzinq, bir tərəfin, françayzerin digər tərəfə, françayziyə öz adından, texnologiyasından, istehsal sirlərindən, reputasiyasından və biznes təcrübəsindən istifadə etmək hüququ verdiyi, françayzi və onun işçiləri üçün təlimlər keçirdiyi biznes fəaliyyətinin təşkili sistemidir; françayzer francaiziyə bu sahələrfə sistematik yardım və dəstək göstərir və françayzi belə imtiyazlardan istifadə etmək üçün gəlirinin bir hissəsini françayzerə köçürür.

Franşıza - artıq bazarda fəaliyyət göstərən bir şirkətin biliyi, təcrübəsi, adı və sistemindən istifadə edərək yeni biznesin yaradılması üçün bir vasitəsidir.

Təəccüblü deyil ki, franşıza biznesi mütəxəssislər tərəfindən gəlirli və cəlbedici sahələr sırasına daxil edilir. Bir franşıza almaqla öz biznesinə başlayan sahibkar başlanğıc risklərini azaldır, həmçinin uğurlu biznes modelini, bazarda iş texnologiyalarını, öz müəssisəsini təşkil etmək sistemini yaratmaq üçün bir neçə ilə (və ya onilliklər) qənaət edir və nəticədə istehlakçılar arasında tanınan və sevilən bir marka yaradır.

Əsas müddəalar:

  • Françayzinq vasitəsilə müəyyən qeyri-maddi aktivlərə malik olan bir şirkət bu aktivlərdən başqa şirkətə və/yaxud sahibkara istifadə etmək hüququnu verir.
  • Françayzinq konkret biznes fəaliyyətinin təşkili üçün nəzərdə tutulub.
  • Çox vaxt françayzinq çərçivəsində verilən hüquqlar toplusuna addan (əmtəə nişanı) və istehsal sirlərindən (nou-hau) istifadə etmək hüququ daxildir.
  • Qeyri-maddi aktivlərindən istifadə hüququnu verən tərəf, həmçinin verilən hüquqlardan səmərəli istifadə ilə bağlı təlimlər keçirməyi, sistemli yardım və dəstək göstərməyi öhdəsinə götürür.

Bu gün biznes modelinin uğurunu təhlil edərkən əməkdaşlıq və miqyaslılıq mütləq nəzərə alınır. Bu amillər biznes ideyasının cəlbediciliyinin qiymətləndirilməsinə təsir göstərir. Biznes yaratmaq və inkişaf etdirmək üçün bir vasitə kimi françayzinq hər iki problemi həll edir:

- bir tərəfdən, müstəqil sahibkarları şəbəkədə birləşdirməyə və onlara biznes modell’rini və brendl’rini birgə inkişaf etdirmək imkanı təmin etməyə imkan verir;

- digər tərəfdən, müəssisəni müxtəlif şəhər və ölkələrdə onlarla, yüzlərlə, hətta minlərlə nöqtə ilə təmsil olunan bir sistemə sürətlə böyütməyə imkan verir/

 

Seçim AzFrançayzinq

Kataloqa keçin
Azfranchising
AZFRANÇAYZİNG təkcə öz biznesində françayzinqdən istifadə etmək qərarına gələnləri deyil, həm də Azərbaycan françayzinq bazarının yaradılması, inkişafı və təkmilləşdirilməsində maraqlı olanları birləşdirməyə yönəlib.
Bizimlə əlaqə saxlayın