Franşıza, artıq bazarda fəaliyyət göstərən bir şirkətin biliyi, təcrübəsi, adı və sistemindən istifadə edərək biznesin yaranması üçün bir vasitəsidir.
Təəccüblü deyil ki, franşıza əsasında qurulan bizneslər mütəxəssislər tərəfindən ən qazanclı və cəlbedici bizneslər sırasına daxil edilir. Bir franşızanı almaqla öz biznesinə başlayan sahibkar başlanğıc risklərini azaldır, həmçinin uğurlu biznes modeli, bazarda işləmək texnologiyaları, öz müəssisəsini təşkil etmək sistemi yaratmaq üçün bir neçə ilə (və ya onilliklərə) qənaət edir və nəticədə istehlakçılar arasında tanınan və sevilən bir marka yaradır.
"Françayzinq" termini fransızca "franchise" sözündəndir - fayda, imtiyaz, hər hansı bir fəaliyyətlə məşğul olmaq azadlığına xüsusi hüquq. Françayzinq, bir tərəfin, françayzerin digər tərəfə, françayziyə öz adından, texnologiyasından, istehsal sirlərindən, reputasiyasından və biznes təcrübəsindən istifadə etmək hüququ verdiyi, françayzi və onun işçiləri üçün təlimlər keçirdiyi biznes fəaliyyətinin təşkili sistemidir; françayziyə sistematik yardım və dəstək xidmətinin göstərilməsi və françayzi belə imtiyazlardan istifadə etmək üçün gəlirinin bir hissəsini françayzerə köçürür.
Sahibkar üçün françayzinqin üstünlükləri