Françayzinq sahibkar olmaq istəyən, lakin öz biznesini qurmaq və idarə etmək riskləri ilə üzləşmək istəməyənlər üçün cəlbedici seçimdir.
Franşıza alan sahibkarlar üçün üstünlüklər:
- Yoxlanılmış Biznes model: Sahibkarlar yoxlanılmış və bazarda özünü doğrultmuş biznes model və marka ilə biznesə başlaya bilər
- Riskləri minimuma endirmək: özünü doğrultmuş brendlə əməkdaşlıq yeni biznesin açılması ilə bağlı maliyyə və kommersiya risklərini azaldır
- Biznesin böyüməsi zamanı qənaət: Mərkəzləşdirilmiş satınalma və marketinq resurslarına çıxış xərcləri azaldır və rəqabət qabiliyyətini artırır
- Tanınmış brend: Franşıza artıq qurulmuş müştəri bazası ilə tanınan brendə çıxışı təmin edir və bu, yeni müştərilərin cəlb edilməsi prosesini xeyli asanlaşdıra bilər
- Vaxta və zəhmətə qənaət: franşıza almaq sizə yeni sahibkarların öz bizneslərini qurarkən qarşılaşdıqları bir çox çətinlik və səhvlərdən qaçmağa imkan verir
- İcma dəstəyi: Siz təcrübə mübadiləsi apara, həmkarlarınızdan dəstək ala və ən yaxşı təcrübələri paylaşa biləcəyiniz böyük françayzi icmasının bir hissəsi olursunuz
AZFRANÇAYZİNG ilə françayzinq həm biznesini genişləndirmək və brendini gücləndirmək istəyən şirkətlər, həm də etibarlı biznes imkanları axtaran sahibkarlar üçün uğurun qapısını açır.